İzmirdə zəlzələdə ölənlərin sayı 24-yə, yaralıların sayı 804-ə çatıb - YENİLƏNİB-9

İzmirdə zəlzələdə ölənlərin sayı 24-yə, yaralıların sayı 804-ə çatıb - YENİLƏNİB-9
  • Clock-gray 07:20
  • calendar-gray 31 Oktyabr 2020

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, yaralıların sayı isə 804 nəfərdir.

***

02:40

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.  

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Ətraf mühit və şəhərsalma Nazirliyi məlumat yayıb. 

***

02:06

İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 763 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hazırda fəlakət bölgəsində xilasetmə işləri davam edir.

Dağıntılar altından insanların çıxarılmasına 3204 xilasedici, kinoloji xidmətin 20 iti və 450 texnika əraziyə cəlb edilib.

***

00:23

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələdə xəsarət alan 709 yaralı isə xəstəxanada müalicə olunur.

***

30 oktyabr, saat 23:32

İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 607-yə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

AFAD-ın məlumatına görə, son zəlzələdən indiyədək Rixter cədvəli ilə 21-i 4 baldan yüksək olmaqla 170 təkan qeydə alınıb.

***

22:21

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar 522 nəfərə çatıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

***

20:50

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

Bildirilib ki, 17 binada axtarış-xilasetmə işləri həyata keçirilir.

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

19:06

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

18.31

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir. 

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

***

saat 17:53

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər