KIV: Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır

KIV: Britaniya hipersəs silahlarla təchiz edilmiş xüsusi təyinatlı qüvvələr yaradır
  • Clock-gray 05:22
  • calendar-gray 22 Mart 2021

Böyük Britaniya hipersəs silahlarla təchiz edilmiş yeni xüsusi təyinatlı briqada yaradır.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu məqsədlə 6.6 milyard funt sterlinq vəsaitin xərclənəcəyi planlaşdırılır.

Britaniya mətbuatında dərc edilmiş məlumatlara görə, sözügedən qüvvələr krallıq ordusunun modernləşdirilməsi strategiyasının tərkib hissəsi olaraq reallaşdırılacaq. 

Həmçinin, bildirilib ki, modernləşdirmə strategiyası çərçivəsində quru qoşunlarına əlavə 3 milyardlıq vəsait ayrılacaq. Ayrılan vəsait 4 alayı əhatə edəcək Xüsusi Əməliyyat Briqadasının yaradılmasına xərclənəcək.

Layihəyə uyğun olaraq, 10 minə yaxın hərbi qulluqçunun maaşında azalmalar müşahidə ediləcək.

 

apa-logo-mini

Digər xəbərlər