Koronavirus İtaliyada da aşkar edilib

Koronavirus İtaliyada da aşkar edilib
# 31 yanvar 2020 02:46 (UTC +04:00)

Koronavirus İtaliyada da qeydə alınıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Baş naziri Cüzeppi Konte bildirib.

O qeyd edib ki, yeni virusa yoluxma hadisəsi Çindən İtaliyaya gələn 2 turistdə aşkarlanıb.

“Koronavirusa yoluxma halı İtaliyada ilk hadisədir”, - deyə C.Konte vurğulayıb.

Baş nazir ölkəsi ilə Çin arasında uçuşların dayandırıldığını da elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR