Koronavirusun mutasiyası ilə əlaqədar dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb

Koronavirusun mutasiyası ilə əlaqədar dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb
# 21 dekabr 2020 00:42 (UTC +04:00)

"Koronavirusun mutasiyaya uğrayaraq İngiltərədə yoluxma sürətinin artdığı bildirilib".

APA-nın məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.

O, 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib:

"Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə Britaniya, Danimarka, Hollandiya və Cənubi Afrika Respublikasından ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR