Londonda sərgi mərkəzində 4 min çarpayılıq xəstəxana açılacaq

Londonda sərgi mərkəzində 4 min çarpayılıq xəstəxana açılacaq
# 25 mart 2020 08:20 (UTC +04:00)

Londonun şərqində yerləşən “ExCeL” sərgi mərkəzində koronavirusa yoluxanların müalicəsi üçün 4 min çarpayılıq xəstəxana açılacaq.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mett Henkok brifinqdə deyib.

O bildirib ki, xəstəxana müvəqqəti olaraq sərgi mərkəzində fəaliyyət göstərəcək: “Xəstəxanada hər birində 2 min çarpayılıq iki şöbə olacaq. Hərbçilər xəstəxananı lazımi avadanlıqlarla təchiz etməyə kömək edəcək”.

Nazir, həmçinin, əlavə edib ki, hökumət koronavirusla mübarizəyə 250 min könüllü cəlb etmək niyyətindədir: “Eyni zamanda xəstəxanalarda həkimlərin və tibbi personalın sayını artırmaq məqsədilə tibb məktəblərinin son kurs tələbələrinin köməyindən də istifadə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR