Macarıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Macarıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 07 dekabr 2020 15:22 (UTC +04:00)

Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

APA-nın Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, səfər dekabrın 8-də baş tutacaq.
Səfər zamanı COVID-19 pandemiyasının təsirləri ilə mübarizə mövzusunda əməkdaşlıq və ikitərəfli əlaqələr, həmçinin Türkiyə-Avropa İttifaqı əlaqələri də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Nazir Siyarto Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla Türkiyə-Macarıstan Birgə İqtisadi Komissiyasının 7-ci iclasına sədrlik edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR