Marneulidə sərt karantin rejimi ləğv edilib

Marneulidə sərt karantin rejimi ləğv edilib
# 18 may 2020 08:56 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda sərt karantin rejimi ləğv edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu gündən etibarən rayon ərazisinə giriş-çıxışa qoyulan qadağa götürülüb və vətəndaşlara sərbəst hərəkətə icazə verilib.

Eyni zamanda rayonun girişinə quraşdırılmış xüsusi nəzarət-buraxılış məntəqəsi ləğv edilib və ərazidəki maneələr sökülüb.

Qeyd edək ki, koronavirus səbəbi ilə martın 23-də Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi tətbiq ediliib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR