NATO liderləri sammitinin London Bəyannaməsi qəbul edilib

NATO liderləri sammitinin London Bəyannaməsi qəbul edilib
# 04 dekabr 2019 18:30 (UTC +04:00)

NATO liderləri sammitinin London Bəyannaməsi qəbul edilib.

APA-nın xəbərinə görə, bəyannamədə bildirilib ki, ABŞ-dan savayı, digər müttəfiqlərin müdafiə xərcləri 5 ildir artmaqdadır.

Terrorizmin hamı üçün təhdid olmağa davam etdiyi vurğulanıb.

Müttəfiqlərin terrorizmlə mübarizədə qətiyyətli olduğu və bu kontekstdə birlikdə güclü addımlar atıldığı qeyd olunub.

Rusiyanın təcavüzkar fəaliyyətinin Alyansın təhlükəsizliyini təhdid etdiyi də bəyannamədə əksini tapıb.

NATO-nun heç bir ölkə üçün təhlükə yaratmadığı, Alyansın müdafiə məqsədli bir ittifaq olduğu bildirilib.

Bəyannamədə ilk dəfə Çinin artan qüdrətinə də toxunulub.

NATO liderlərinin 2021-ci ildə növbəti dəfə görüşəcəkləri də bəyannamədə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR