Nazir Gürcüstanda ABŞ hərbi bazasının yaradılacağı barədə məlumatlara münasibət bildirib

Nazir Gürcüstanda ABŞ hərbi bazasının yaradılacağı barədə məlumatlara münasibət bildirib
# 09 yanvar 2020 13:31 (UTC +04:00)

“Gürcüstanda ABŞ hərbi bazasının yaradılması müzakirə predmeti deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu barədə səsləndirilən fikirlər sadəcə spekulyasiyadır.

“Bütün bunlar spekulyasiyadır və bu məsələ müzakirə edilməyəcək”, - deyə D. Zalkaliani qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR