Niderlandda komendant saatının vaxtı martın 31-dən azaldılacaq

Niderlandda komendant saatının vaxtı martın 31-dən azaldılacaq
# 24 mart 2021 03:10 (UTC +04:00)

Niderlandda pandemiyanın artması səbəbi ilə bağlı tətbiq edilən komendant saatının vaxtı martın 31-dən etibarən 1 saat azaldılacaq.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Baş naziri vəzifəsini icra edən Mark Rutte mətbuat konfransında bildirib.

O, qeyd edib ki, xəstəxanalardakı xəstələrin sayının artması, əvvəllər tətbiq olunan tədbirlərin ləğv edilməsinə imkan vermir: “Bu səbəbdən bütün məhdudiyyətlər aprelin 20-nə qədər qüvvədə olacaq. Lakin kiçik bir dəyişiklik var. Martın 31-dən komendant saatının vaxtı axşam saat 21:00-da deyil, 22:00-da başlayacaq”.

Qeyd edək ki, bu günə qədər əhalisi 17,4 milyon nəfər olan Niderlandda 1 milyon 200 mindən çox insan koronavirusa yoluxub, 16.3 mindən çox ölüm qeydə alınıb.

Martın 21-dən ölkədə 1,5 milyon insana peyvənd vurulub. Ölkəyə gələnlərin peyvəndlənməsinin isə iyulda başlanacağı planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR