Parisdə etiraz aksiyalarında 13 nəfər saxlanılıb

Parisdə etiraz aksiyalarında 13 nəfər saxlanılıb
# 30 yanvar 2020 01:24 (UTC +04:00)

Parisdə təqaüd islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı azı 13 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə polis prefekturasının məlumatında deyilir.

Bildirilir ki, fransız həmkarlar ittifaqları tərəfindən təşkil olunmuş nümayiş yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) Parisin 13-cü dairəsi olan İtaliya meydanından başlayıb. Nümayiş iştirakçıları Əlillər Evinə qədər irəliləyiblər. Ümumilikdə aksiya sakit keçib.

Aksiya Fransanın digər şəhərlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR