Putini təhqir edən gürcü jurnalisti təqib edən şəxsə 4 il həbs cəzası verilib

Putini təhqir edən gürcü jurnalisti təqib edən şəxsə 4 il həbs cəzası verilib
# 19 fevral 2021 17:22 (UTC +04:00)

Gürcü teleaparıcı Giorgi Qabunianı qanunsuz izləməkdə şübhəli bilinən Rusiya vətəndaşı 4 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsi Rusiya vətəndaşı Maqomed Gutsievin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

İstintaq çərçivəsində həbs edilən şəxsin Rusiya-Gürcüstan sərhədini saxta sənədlərlə keçməsi və teleaparıcı Giorgi Qabunianı 2020-ci ilin 11 fevralından 13 iyun tarixinədək sistematik şəkildə qanunsuz izləməsi və onun barəsində şəxsi məlumatlar toplaması sübuta yetirilib.

Qeyd edək ki, “Rustavi 2” telekanalının sabiq aparıcısı G. Qabunia 2019-cu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və daha sonra kanalın efirindən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR