Qara dənizdə çoxmillətli hərbi təlimlərə start verilib

Qara dənizdə çoxmillətli hərbi təlimlərə start verilib
# 20 iyul 2020 15:53 (UTC +04:00)

Qara dənizdə “Dəniz mehi - 2020” (Sea Breeze 2020) hərbi təlimlərinə start verilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, çoxmillətli təlimlər bu gün Ukraynanın Odessa limanı yaxınlığında start götürüb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının açıqlamasına görə təlimlərin məqsədi regional təhlükəsizliyi gücləndirməkdir.

Hərbi təlimlərdə ABŞ, Bolqarıstan, Türkiyə, Rumıniya, Fransa, İspaniya və Norveçdən 27 hərbi gəmi, 19 helikopter, 2000 hərbçi iştirak edir.

Təlimlərin iyulun 26-da başa çatacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR