Roma Papası İraqa yola düşüb

Roma Papası İraqa yola düşüb
# 05 mart 2021 12:50 (UTC +04:00)

Roma Papası Fransisk İraqa yola düşüb.

APA-nın “Əl-Ərəbiyə”yə istinadən verdiyi xəbərə görə, Roma Papasının İraqa səfəri 4 gün davam edəcək.

Bu, Papa Fransiskin bu posta seçildiyi vaxtdan bəri ən təhlükəli xarici səfəri hesab olunur. O, həm də İraqa səfər edən ilk Roma Papasıdır.

Roma Papasını 75 jurnalist müşayiət edir.

İraq hökuməti Roma Papasının təhlükəsizliyini təmin etmək üçün xeyli sayda təhlükəsizlik personalını səfərbər edib.

84 yaşlı Papa səfəri çərçivəsində bir neçə şəhərdə olacaq. O, Mosul şəhərinə gedəcək. Roma Papası İbrahim peyğəmbərin doğulduğu Ur şəhərində olacaq və burada İraqın şiə lideri Ayətullah Əli əl-Sistani ilə görüşəcək.

Papa Fransiskin İraqa səfəri martın 8-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR