Roma Papası səhhətində yaranan problem səbəbindən Yeni il tədbirinə qatılmayıb

Roma Papası səhhətində yaranan problem səbəbindən Yeni il tədbirinə qatılmayıb
# 01 yanvar 2021 04:20 (UTC +04:00)

Roma Papası Fransis səhhətində yaranan problem səbəbindən Yeni il tədbirində iştirak etməyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Papanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Papa Fransisin belə və ayaqlarında sinir xassəli ağrılar yaranıb.

Bu səbəbdən Yeni il mərasimində onu Kardinal Qiovanni Battista əvəz edib.

Qeyd edilib ki, Papa, həmçinin, ənənəvi yanvarın 1-də keçiriləcək bayram tədbirinə də qatılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR