Rumıniyanın Baş Naziri qapalı məkanda siqaret çəkdiyinə və maska taxmadığına görə cərimələnib

Rumıniyanın Baş Naziri qapalı məkanda siqaret çəkdiyinə və maska taxmadığına görə cərimələnib
  • Clock-gray 12:28
  • calendar-gray 31 May 2020

Rumıniyanın Baş Naziri Lüdovik Orban qapalı məkanda siqaret çəkdiyinə və tibbi maska taxmadığına görə cərimələnib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Baş Nazirinin fotosu yayıldıqdan sonra o, cəzalandırılıb.

L. Orban fotonun may ayının əvvəlində ad gününü qeyd edərkən çəkildiyini deyib.

Baş Nazir tibbi maska taxmadığına və qapalı məkanda siqaret çəkdiyinə görə 673 dollar məbləğində cərimələnib.

Rumıniya polisi açıqlamasında daha dörd nəfərin də cərimələndiyini, bunlardan ikisinin tibbi maskanı düzgün şəkildə taxmadığına görə cəzalandırıldığını bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər