Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

Silvio Berluskoni xəstəxanaya yerləşdirilib
  • Clock-gray 18:51
  • calendar-gray 14 Yanvar 2021

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda xəstəxanaya yerləşdirilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə S. Berluskoninin şəxsi həkimi Alberto Zanqrillo bildirib.

O, 84 yaşlı sabiq Baş nazirin ürəyində yaranan problemə görə təcili şəkildə Monte-Karloda xəstəxanaya yerləşdirildiyini vurğulayıb. A. Zanqrillo 2016-cı ildə S. Berluskoninin ürəyinin aorta qapağının dəyişdirildiyini xatırladıb.

Həkimi qeyd edib ki, S. Berluskoninin aritmik problemi var.

apa-logo-mini

Digər xəbərlər