Şimali Makedoniyada zəlzələ olub

Şimali Makedoniyada zəlzələ olub
# 13 mart 2021 04:07 (UTC +04:00)

Şimali Makedoniyada 4.7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Qrinviç vaxtı ilə saat 21:17-də (Bakı vaxtı ilə 01:17) qeydə alınıb. Zəlzələlərin episentri Qostivar şəhərindən 18 kilometr məsafədə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntı olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR