Türkiyə MN: Can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik

Türkiyə MN: Can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik
# 10 noyabr 2020 19:47 (UTC +04:00)

“Müdafiə Nazirimiz Hulusi Akarın da dediyi kimi 30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik”.

APA-nın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin “Qarabağ mesajı”nda belə bildirilib.

Qeyd olunub ki, imzalanan atəşkəs razılaşmasındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin edilməsi müddətində Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun yanında olacaq: “İki dövlət, bir millət olduğumuz can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR