Türkiyə Prezidenti hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib

Türkiyə Prezidenti hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib
# 16 dekabr 2020 16:18 (UTC +04:00)

“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə onun kollektivinə daha çox dəstək verəcəklər.

Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və Roketsan tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanılıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR