Türkiyədə "Sputnik V" vaksini istehsal ediləcək

Türkiyədə "Sputnik V" vaksini istehsal ediləcək
# 23 yanvar 2021 13:26 (UTC +04:00)

Rusiyanın Birbaşa İnvestisiya Fondu Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçısı ilə Türkiyədə "Sputnik V" koronavirusa qarşı peyvəndin istehsalı ilə bağlı müqavilə imzalayıb və texnologiya transferinə başlayıb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti"yə Fonddan bildirilib.

"Potensial illik istehsal həcmi – milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də hazırda müzakirə olunur. Peyvənd həm Türkiyənin daxili bazarına, həm də digər ölkələrə tədarük ediləcək", - Fonddan bildirilib.

Fondda onu da əlavə ediblər ki, Türkiyəli tərəfdaşlar 90%-dən çox təsiri olan bu vaksinə böyük maraq göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR