Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb
# 19 iyul 2020 21:42 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 41 310 şübhəli koronavirus testindən keçib, onlardan 924-nin cavabı pozitiv çıxıb. Bu gün daha 997 xəstə sağalıb.

Türkiyədə indiyədək 219 641 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5491 nəfər ölüb, 202 010 nəfər müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR