Türkiyədə hərbçilərin olduğu avtomobil aşıb, ölənlər və xəsarət alanlar var

Türkiyədə hərbçilərin olduğu avtomobil aşıb, ölənlər və xəsarət alanlar var
# 02 iyun 2020 02:40 (UTC +04:00)

Türkiyənin Siirt vilayətində xidməti postlarını dəyişən hərbçilərin olduğu zirehli avtomobil yoldan çıxaraq aşıb. Qəzada yaralanan 8 əsgər helikopterlərlə Siirt Dövlət Xəstəxanasına aparılıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində əsgərlərdən ikisi dünyasını dəyişib.

Siirt valisi və bələdiyyə başçısının köməkçisi Əli Fuat Atik xəstəxanadakı yaralı əsgərləri ziyarət edib və bildirib ki, hazırda 6 yaralı əsgərlərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, həmin yaralılar arasında ağır vəziyyətdə olan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR