Türkiyədə koronavirusa yoluxanların sayı 168 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı 168 mini keçib
# 05 iyun 2020 20:37 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşımında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 57 829 şübhəli koronavirus testindən keçib, onlardan 930-nun cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4648 nəfər ölüb, 168 340 nəfər bu infeksiyaya yoluxub, 133 400 nəfəri isə müalicə olunub. Bu gün daha 1622 xəstə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR