Türkiyədə son bir gündə COVID-19-a 20 mindən çox yoluxma qeydə alınıb

Türkiyədə son bir gündə COVID-19-a 20 mindən çox yoluxma qeydə alınıb
# 18 mart 2021 23:55 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 81 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 20 049 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 18 615, ağır xəstələr isə 1503 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 950 603 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 770 638 nəfər sağalıb, 29 777 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR