Türkiyədə son sutkada 71 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada 71 nəfər koronavirusdan dünyasını dəyişib
# 16 mart 2021 22:59 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 71 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 16 749 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 17 893, ağır xəstələr isə 1474 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 911 642 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 734 862 nəfər sağalıb, 29 623 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR