Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 57  nəfər ölüb
  • Clock-gray 22:23
  • calendar-gray 05 Oktyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 57 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 632 şübhəli koronavirus testindən keçib, onlardan 1603-nün cavabı pozitiv çıxıb, 1320 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1412 nəfər olub.

Türkiyədə ümumilikdə 326 046 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 286 370 nəfər sağalıb, 8498 nəfər ölüb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər