Türkiyədən Avropaya qaçaq yolla yüz minlərlə tibbi maska aparanlar saxlanılıb - FOTO

Türkiyədən Avropaya qaçaq yolla yüz minlərlə tibbi maska aparanlar saxlanılıb - FOTO
  • Clock-gray 02:48
  • calendar-gray 13 May 2020

Türkiyədən Avropaya qaçaq yolla aparılan 573 min 750 tibbi maska ələ keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Gömrüklərin Mühafizəsi Baş İdarəsinin apardığı əməliyyat nəticəsində ikinci əl ev əşyalarının daşındığı bəyan edilən ağırtonnajlı yük avtomobilində dəyəri 8 milyon 800 min lirə olan tibbi maska tapılıb.

Gömrük qaçaqmalçılığı iddiası ilə 2 şübhəli şəxs həbs olunub.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər