Türkiyənin Ağrı vilayətində 4 terrorçu zərərsizləşdirilib

Türkiyənin Ağrı vilayətində 4 terrorçu zərərsizləşdirilib
# 21 avqust 2020 05:53 (UTC +04:00)

Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda havadan müdafiə qüvvələrinin də iştirakı ilə həyata keçirilən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tərəfindən edilən açıqlamaya görə, Ağrı İl Təhlükəsizlik Müdirliyi və İl Jandarma Komandanlığının kəşfiyyat əməliyyatı çərçivəsində həyata keçirilmiş əməliyyat nəticəsində Jandarma Komandanlığı və Jandarma Xüsusi Əməliyyatlar bölmələri tərəfindən Doğubəyazit ərazisində silahlı 4 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR