ÜST mütəxəssisləri koronavirusun mənbəyini öyrənmək üçün Çinə gedəcəklər

ÜST mütəxəssisləri koronavirusun mənbəyini öyrənmək üçün Çinə gedəcəklər
# 16 dekabr 2020 07:11 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərindən ibarət bir qrup koronavirusun mənbəyini tapmaq üçün gələn ilin yanvar ayında Çinə gedəcək.

APA İnterfaks-a istinadən xəbər verir ki, bu barədə missiya üzvü Fabian Lendertz məlumat verib.

O bildirib ki, artıq səfərlə bağlı çinli alimlərlə müzakirələrə başlanılıb: “Qrup üzvlərinin Uhanda da olacağı gözlənilir. Söhbət günahkar ölkəni üzə çıxarılmasından getmir. Məqsəd nə baş verdiyini anlamaq və sonra bu məlumatlara əsasən, gələcəkdə riski azaltmaqdır”.

Lendertzin sözlərinə görə, mütəxəssislər virusun ilk aşkarlanmadan əvvəl dövriyyədə olub-olmadığını müəyyən etmək istəyirlər: “Bundan əlavə, virusun heyvandan insana keçdiyi deyilən Uhandakı bazarda da araşdırmaların aparılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR