Ukrayna Donbassla bağlı danışıqlar üçün Minskə nümayəndə göndərməkdən imtina edib

Ukrayna Donbassla bağlı danışıqlar üçün Minskə nümayəndə göndərməkdən imtina edib
  • Clock-gray 10:38
  • calendar-gray 06 Aprel 2021

Kiyev Donbass üzrə Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyətinin üzvlərini Minskə göndərməyəcək.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl Ukraynanın birinci Prezidenti, Kiyevin Donbass üzrə Üçtərəfli Təmas Qrupunda nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarına görə danışıqların Minskdə yox, başqa bir ölkədə aparılmasının mümkünlüyünü bildirib. O, Belarusa alternativ kimi İsveçi təklif edib.

apa-logo-mini

Digər xəbərlər