Yunanıstanda yüzlərlə insan meşə yanğınlarına görə evlərini tərk edib

Yunanıstanda yüzlərlə insan meşə yanğınlarına görə evlərini tərk edib
# 23 iyul 2020 17:22 (UTC +04:00)

Yunanıstanın Peloponnes yarımadasının şərqində yaşayan yüzlərlə insan meşə yanğınlarına görə evlərini tərk etmək məcburiyyətində qalıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğının söndürülməsinə 4 vertolyot və 8 təyyarə cəlb olunub.

Yanğın nəticəsində meşə sahəsinə, üç yaşayış evinə ziyan dəyib.

Bir yanğınsöndürən maşın yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR