Yunanıstanın sabiq Səhiyyə naziri koronavirusdan vəfat edib

Yunanıstanın sabiq Səhiyyə naziri koronavirusdan vəfat edib
# 08 may 2020 13:09 (UTC +04:00)

Yunanıstanın sabiq Səhiyyə naziri Dimitris Kremastinos yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

APA-nın "ekathimerini" saytına istinadən verdiyi xəbərə görə, sabiq nazir koronavirusdan müalicə olunduğu xəstəxanada ölüb.

D. Kremastinos 1993-1996-cı illərdə Andreas Papandreounun hakimiyyəti dövründə Yunanıstanın Səhiyyə naziri vəzifəsində çalışıb, Yunanıstan parlamentinin deputat olub.

Qeyd edək ki, sabiq nazir martın 26-da xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR