Zelenski: "ABŞ-ın maliyyə yardımı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək"

Zelenski: "ABŞ-ın maliyyə yardımı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək"
# 31 yanvar 2020 16:02 (UTC +04:00)

“Ukrayna təhlükəsizlik sahəsində ABŞ-la yeni tərəfdaşlıq formalarını inkişaf etdirməyə hazırdır”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Dövlət katibi Mayk Pompeo ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Konqresində Ukraynaya güclü dəstək var: “2020-ci il üçün ayrılan 700 milyon dollar həcmində yardım proqramları bu dəstəyin sübutudur. Biz Ukrayna Silahlı Qüvvələrində islahatların aparılmasında, silah və avadanlıqla təchiz olunmasında, hərbçilərimiz üçün təlimlərin keçirilməsində göstərdiyiniz dəstəyi yüksək qiymətləndiririk".

Ukrayna Prezidenti qeyd edib ki, ABŞ-ın 365 milyon dollar dəyərində təhlükəsizlik üçün ayırdığı maliyyə yardımı Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək: “Ukrayna təhlükəsizlik sahəsində ABŞ-la yeni tərəfdaşlıq formalarını inkişaf etdirməyə hazırdır. Ölkənin müdafiə sənayesində uğurlu islahatlar aparmaq üçün tərəfdaşımız olan ABŞ-la fəal əməkdaşlıq edirik. Əminəm ki, bütün bunlar ABŞ-ın ən yaxşı müdafiə şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR