ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib
# 28 iyun 2019 15:04 (UTC +04:00)

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib.

APA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində qeyd edilib.

“Ötən gecə ABŞ Senatı Devid Saterfildi ABŞ-ın Türkiyədəki yeni səfiri olaraq təsdiq edib. Yaxın gələcəkdə onu qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə “Twitter”də yazılıb.

Karyera səfiri olan Devid Saterfildin namizədliyi bu ilin fevralında ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri postu 2017-ci ildən bu yana boş idi. Sonuncu səfir Con Bas 2014-2017-ci illərdə bu vəzifəni icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR