Aİ Şurası Avropa Komissiyasının təklif etdiyi Avropa Komissarlarının yekun siyahısını təsdiqləyib

Aİ Şurası Avropa Komissiyasının təklif etdiyi Avropa Komissarlarının yekun siyahısını təsdiqləyib
  • Clock-gray 13:47
  • calendar-gray 10 Sentyabr 2019

Avropa İttifaqı Şurası Avropa Komissiyasının 2019-2024-cü illər üçün təklif etdiyi Avropa Komissarlarının yekun siyahısını rəsmi olaraq təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yekun siyahı Avropa Parlamentində təsdiq olunmalıdır.

Bu gün Avropa İttifaqı (Aİ) Komissiyasının yeni sədri Ursula von der Leyen konkret postlar üzrə öz təkliflərini səsləndirəcək.

Siyahıda Avropa İttifaqını tərk etməyə hazırlaşan Böyük Britaniya istisna olmaqla, Avropa İttifaqının 25 ölkəsindən namizədlər var.

Bu siyahıda Almaniya və İspaniyanın nümayəndələri yoxdur. Almaniyalı Ursula von der Leyen Avropa İttifaqı Komissiyasının sədridir, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinini isə bu vəzifədə ispaniyalı Jozep Borrel əvəz edib.

Yeni Avropa Komissiyası öz işini noyabrın 1-dən davam etdirməlidir.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date