Aİ qurumlarına yeni rəhbərlər seçilməyib

Aİ qurumlarına yeni rəhbərlər seçilməyib
# 01 iyul 2019 11:22 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələrin liderləri qurumun aparıcı institutlarına təyin olunacaq rəhbərlər barədə razılığa gələ bilməyiblər.

APA-nın “Euractiv” saytına istinadən verdiyi xəbərə görə, iyunun 30-da axşam saatlarında başlayan görüşdə razılıq əldə olunmayıb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iclasın dayandırılması barədə qərar qəbul edərək üzv ölkələrin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda görüşəcəyini bəyan edib.

Qeyd edək ki, Aİ institutlarına yeni liderlərin seçilməsi ilə bağlı ilk görüş iyunun 21-də keçirilib və bu görüşdə də konsensus əldə olunmayıb.

Xatırladaq ki, bu il Avropa Komissiyası və Avropa İttifaqı Şurasının prezidentlərinin, o cümlədən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin səlahiyyət müddəti başa çatır.

Əlavə edək ki, Avropa Parlamenti də bu il yeni prezidentini seçəcək. Belə ki, iyulun 3-də avropalı deputatlar may ayında keçirilmiş seçkilərdən sonra fomalaşan yeni parlamentin plenar sessiyasında öz prezidentini seçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR