Aleksandr Vuçiç: "Kosovo probleminin həlli ABŞ, Rusiya və digər beynəlxalq güclərin iştirakı olmadan mümkün deyil"

Aleksandr Vuçiç: "Kosovo probleminin həlli ABŞ, Rusiya və digər beynəlxalq güclərin iştirakı olmadan mümkün deyil"
# 08 iyul 2019 12:26 (UTC +04:00)

“Kosovo probleminin həlli ABŞ, Rusiya və digər beynəlxalq güclərin iştirakı olmadan mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç RTS telekanalının canlı efirində bildirib.

“Albanlarla uzun müddətli sülhə nail olmaq məni sevindirərdi, çünki bu, Serbiyanın gələcəyi və bizim vətəndaşlarımız üçün çox vacibdir. Amerikalılarsız, ruslarsız və başqa beynəlxalq qüvvələrsiz Kosovo probleminin həllinə nail olmaq çox çətin olacaq”, - deyə A.Vuçiç qeyd edib.

O vurğulayıb ki, dialoq tərəflərindən birinin mövcud olan sərhədlərdə qeyd-şərtsiz öz müstəqilliyini tələb etməsi təqdirində, danışıqlar səmərəli ola bilməz: “Kosovo bizim insanlarımızın yaşadığı ərazidir, biz onların təhlükəsizliyinin, gələcəyinin qayğısına qalmalıyıq”.

Qeyd edək ki, 2008-ci ilin fevralında Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR