Almaniya və İran xarici işlər nazirləri iyunun 10-da görüşəcəklər

Almaniya və İran xarici işlər nazirləri iyunun 10-da görüşəcəklər
# 08 iyun 2019 13:41 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Hayko Maas İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşəcək.

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş iyunun 10-da İranın paytaxtı Tehranda baş tutacaq. Görüş zamanı tərəflər gündəmdə duran vacib regional və beynəlxalq məsələləri, İranın nüvə razılaşmasını müzakirə edəcəklər. İrana səfəri zamanı H.Maas həmçinin regionda təhlükəsizlik və stabilliyə dair müşavirələr keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR