Avropa İttifaqı Şurasına Finlandiya sədrlik edəcək

Avropa İttifaqı Şurasına Finlandiya sədrlik edəcək
# 02 iyul 2019 00:50 (UTC +04:00)

Avropa İttifaqı Şurasının sədrliyi Rumıniyadan Finlandiyaya keçib.

APA "Euronews"a istinadən xəbər verir ki, Finlandiya bu ilin dekabrın 31-nə kimi Avropa İttifaqı Şurasına sədrlik edəcək.

Məlumata görə, Finlandiyanın gündəmində olan əsas məsələlərdən biri iqlim dəyişikliyidir. Finlandiya zərərli qazların emissiyasının azaldılmasına yönələn layihələrə 500 000 avro ayırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR