Albaniya və Şimali Makedoniyanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr başlaya bilər

Albaniya və Şimali Makedoniyanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr başlaya bilər
# 29 may 2019 15:45 (UTC +04:00)

Avropa Komissiyası Avropa İttifaqı Şurasına Albaniya və Şimali Makedoniyanın Aİ-yə üzvlük məsələsi ilə bağlı müzakirələri başlatmağı tövsiyə edib.

ONA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən iclasından sonra bildirilib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Federika Moqerini və Avropa genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han mətbuat konfransında bildiriblər ki, bu iki ölkə islahatların həyata keçirilməsi istiqamətində güclü qətiyyət göstərərək faktiki nəticələr əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR