Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb

Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb
# 06 avqust 2019 15:52 (UTC +04:00)

Avropa Komissiyası "Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Mexanizmi" çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb.

APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu vəsaitlə təşkilatın “Sosial Uyum Yardımı” proqramına verdiyi ümumi maddi dəstək 1.25 milyard avroya çatıb.

Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, yeni maliyyə dəstəyi 1.6 milyon suriyalı qaçqın üçün nəzərdə tutulub.

Qeyd edək ki “Sosial Uyum Yardımı” proqramı çərçivəsində suriyalı qaçqınlara xüsusi debit kartlar verilib və bu kartlar vasitəsilə onlar hər ay maddi yardım alırlar. Sözügedən kartlar yalnız Türkiyə daxilində istifadə oluna bilər və istifadəçilərə ciddi nəzarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR