Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara 663 milyon avro ayırıb

Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara 663 milyon avro ayırıb
# 31 oktyabr 2019 17:27 (UTC +04:00)

Avropa Komissiyası "Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Mexanizmi" çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 663 milyon avro ayırıb.

APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, Türk Qırmızı Aypara və BMT-ni Dünya Qida Proqramı tərəfindən Türkiyədəki qaçqınlar üçün həyata keçirilən "Sosial Uyğunlaşma Yardımı" (SUY) proqramı çərçivəsində paylanan Qırmızı Aypara kartlarına 600 milyon avro köçürülüb.

Ayrıca, təhsil və səhiyyə kimi əsas xidmətləri əhatə edən müxtəlif layihələrin həyata keçirilməsi üçün 63 milyon avroluq maliyyə vəsaiti ayrılıb.

Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, blokun dəstəyi nəticəsində təxminən 1.7 milyon suriyalı qaçqın öz gündəlik ehtiyaclarını qarşılaya bilir.

Qeyd edək ki, “Sosial Uyğunlaşma Yardımı” proqramı çərçivəsində suriyalı qaçqınlara xüsusi debit kartlar verilib və bu kartlar vasitəsilə onlar hər ay maddi yardım alırlar. Sözügedən kartlar yalnız Türkiyə daxilində istifadə oluna bilər və istifadəçilərə ciddi nəzarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR