Avropa Şurasının baş katibi sentyabrın 16-da vida çıxışı edəcək

Avropa Şurasının baş katibi sentyabrın 16-da vida çıxışı edəcək
# 19 avqust 2019 12:43 (UTC +04:00)

Avropa Şurasının baş katibi Turbyörn Yaqland sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsində vida nitqi ilə çıxış edəcək.

APA-nın xəbərinə görə, bu barədə T. Yaqlandın sözçüsü Daniel Holtgen rəsmi “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, Turbyörn Yaqland 2009-cu ildən bu yana Avropa Şurasının baş katibi vəzifəsində çalışır. Onu bu vəzifədə Xorvatiyanın Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç əvəz edəcək. M.P. Buriç sentyabrın 20-də vəzifəsinin icrasına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR