Bakıda "Baltik Yolu"nun 30 illiyi münasibətilə tədbir keçirilib

Bakıda "Baltik Yolu"nun 30 illiyi münasibətilə tədbir keçirilib
# 10 sentyabr 2019 19:37 (UTC +04:00)

Bakıda "Baltik Yolu"nun 30 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, Baltik ölkələri - Estoniya, Latviya və Litvanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbirdə Litvanın Azərbaycana yeni təyin olunan səfiri Egidius Naviskas bu tarixi hadisənin əhəmiyyətindən danışıb.

Daha sonra Latviya səfiri Daynis Qarançs çıxış edib. O, Baltik xalqlarının sıx əlaqələrinə toxunaraq qeyd edib ki, 30 il öncə xalqlar bunu sübut edib: "Bu üç ölkənin xalqları öz müqəddəratını təyin etmək hüququna sahib olmaq, müstəqilliklərinə, qədim ənənələrinə, demokratiyaya, Avropaya dönmək istədilər".

Daha sonra "Baltik Yolu"na həsr olunmuş sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR