Baş Nazir Şimali Kipr Prezidentinin “Barış bulağı” ilə bağlı fikirlərinə münasibət bildirib

Baş Nazir Şimali Kipr Prezidentinin “Barış bulağı” ilə bağlı fikirlərinə münasibət bildirib
# 14 oktyabr 2019 12:09 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar Şimali Kipr Prezidenti Mustafa Akıncının Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Baş Nazir bildirib ki, onlar üçün yeganə doğru yol Türkiyə ilə birlikdə hərəkət etməkdir.

“Türkiyə ictimaiyyəti bilməlidir ki, Şimali Kipr hökumətinin başında mən və dostlarım dayanır. Milli Birlik Partiyası və digər milliyyətçilər qətiyyən belə düşünmürük. Bizim üçün yeganə doğru yol Türkiyə ilə çiyin-çiyinə və müştərək olaraq bu mübarizəni aparmaqdır. Şimali Kipr Türk Cümhuriyyəti xalqı “Barış bulağı” hərbi əməliyyatlarında Türkiyənin yanındadır. Biz hər zaman birlikdəyik. Amma təəssüf ki, belə düşünməyənlər də var. Onlarla mübarizəmiz demokratik şəkildə davam edəcək”, - deyə E. Tatar vurğulayıb.

Qeyd edək ki, ötən gün M. Akıncı Barış bulağı” hərəkatında axan su deyil, qandır” ifadəsini işlədib. Onun bu fikri etirazla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR