Berluskoni xəstəxanaya yerləşdirilib

Berluskoni xəstəxanaya yerləşdirilib
# 23 noyabr 2019 04:34 (UTC +04:00)

İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Xalqları Konqresi zamanı yıxılıb və yaralı halda Milan klinikasına yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Berluskoninin qərargahından verilən açıqlamada bildirilir.

Yerli KİV-in məlumatına görə, 83 yaşlı siyasətçi travmanı onunla selfi çəkdirmək istəyənlərin izdihamı zamanı yıxılaraq alıb. Tədbirin sonunda Berluskoni təyyarə ilə evə qayıdıb və xəstəxanada müxtəlif müayinələrdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR