BMT Baş Assambleyasında Gürcüstanla bağıl qətnamə qəbul edilib

BMT Baş Assambleyasında Gürcüstanla bağıl qətnamə qəbul edilib
# 05 iyun 2019 10:51 (UTC +04:00)

BMT Baş Assambleyasının iyunun 4-də keçirilən 73-cü sessiyasında Abxaziya və Cənubi Osetiyadan olan qaçqın və məcburi köçkünlərin statusu ilə bağlı qətnamə qəbul edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, 79 ölkə sənədin lehinə, 15 ölkə isə əleyhinə səs verib. Qətnaməyə 45 ölkə qoşulub.

Sənəd qaçqın və məcburi köçkünlərin könüllülük, təhlükəsizlik və evlərinə qayıtmaq kimi fundamental hüquqlarını gücləndirir.

Qətnamədə, həmçinin işğal edilmiş rayonlarda demoqrafik dəyişikliklərin edilməsi pislənilir, Cenervrə danışıqlarının tərəfləri həmin bölgələrdə təhlükəsizlik və insan haqlarının qorunması istiqamətində səylərini canlandırmağa çağırır.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, qətnamədə Abxaziya və Sxinvaliyə (Cənubi Osetiya) təcili humanitar yardımların edilməsinin vacibliyi qeyd olunub.

Qətnaməyə GUAM ölkələri tərəfindən də dəstək verildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR