Britaniya hökumətində istefalar davam edir 

Britaniya hökumətində istefalar davam edir 
# 24 iyul 2019 18:42 (UTC +04:00)

Yeni Baş Nazirin adı açıqlandıqdan sonra Britaniya hökumətində istefalar davam edir.

APA-nın London bürosunun verdiyi xəbərə görə, Beynəlxalq inkişaf üzrə nazir Rori Stevart, Ədliyyə naziri David Gauk və Maliyyə naziri Philip Hammond istefa verib.

Qeyd edək ki, Britaniya hökumətində istefalar hələ Baş Nazirin adı açıqlanmamışdan öncə başlayıb. Boris Consonun seçilmək şansının böyük olduğunu görən, onun kabinetində yer almaq istəməyən Avropa və Amerika işləri üzrə nazir Alan Dunkan, Təhsil naziri Anne Milton istefa verib.

Qeyd edək ki, Boris Conson Britaniyanın kraliçası II Yelizaveta ilə görüşdən sonra yeni hökumət kabinetini yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR