BTQ ilə Çindən Avropaya gedən qatar Mərmərə tunelindən Avropaya keçən ilk yük qatarı olub

BTQ ilə Çindən Avropaya gedən qatar Mərmərə tunelindən Avropaya keçən ilk yük qatarı olub
# 07 noyabr 2019 14:10 (UTC +04:00)

Çinin Sian şəhərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə Avropaya hərəkət edən ilk yük qatarı “China Railway Express” Mərmərə tunelindən Avropaya keçən ilk yük qatarı olub.

APA-nın Gürcüstan bürosu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 42 konteynerdən ibarət olan 820 metr uzunluğundakı yük qatarının hər biri 21 vaqondan ibarət iki hissəyə bölünərək biri “Türkiyə Cümhuriyyəti Dəmiryolları” şirkətinə, digəri isə “China Railway Express”ə aid olan iki lokomotivlə Avropa qitəsinə çıxarılıb.

Qeyd edək ki, BTQ vasitəsi ilə Çindən Avropaya fasiləsiz hərəkət edən ilk yük qatarı “China Railway Express” 2 qitə, 10 ölkə və 2 dənizi keçərək, ümumilikdə 11 483 kilometrlik yolu 12 günə qət edəcək və sonuncu dayanacağı olan Praqaya çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR